Xəbər lenti

Milllinin baş məşqçisi postundan göndərildi
İdman07:24 30.10.2021

Milllinin baş məşqçisi postundan göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qvineya millisi baş məşqçi Didyer Sikslə yolları ayırıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Qvineya Futbol Federasiyası məlumat yayıb. Federasiyadan verilən açıqlamada 67 yaşlı fransız məşqçinin vəzifəsinə son qoyulduğu açıqlanıb. Komanda müvəqqəti olaraq Kaba Diavaraya tapşırılıb. 
Qvineya millisi Siksin rəhbərliyi altında Qətərdə keçiriləcək DÇ-2022-yə vəsiqə qazana bilməmişdi. 
Futbolçu karyerasında "Qalatasaray"da çıxış edərkən türk vətəndaşlığını qəbul edən məşqçi adını dəyişdirərək Dündar Siz kimi tanınmışdı. O 2019-cu ildən Qvineya milisinə baş məşqçilik edirdi.
Səbuhi Həsənov