ABŞ prezidenti Co Bayden mütəxəssislərin qiymətləndirməsinə istinad edərək Florida ştatında "Milton" qasırğasının vurduğu ziyanın təxminən 50 milyard dollar olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika lideri ABŞ-ın vitse-prezidenti Kamala Harrislə federal hökumətin "Milton və "Helen" qasırğalarına reaksiyası ilə bağlı çıxışı zamanı bildirib.
Son 3 ayda Floridanı vuran üçüncü böyük qasırğa olan "Milton" qasırğası mütəxəssislərin hesablamalarına görə, təxminən 50 milyard dollar ziyan vurub.
Bayden qeyd edib ki, "Milton" 3 milyondan çox insanı işıqsız qoyub, lakin 43 ştatdan, eləcə də Kanadadan olan 50 min energetika işçisinin səyləri sayəsində indiyədək bir milyon istehlakçının elektrik enerjisini bərpa etməyə nail olub.
ABŞ liderinin sözlərinə görə, son üç gün ərzində o, Şimali Karolinadan Floridaya qədər 50-75 nümayəndə, o cümlədən merlər və əyalət rəhbərləri ilə danışıb.
Baydenin xahişi ilə cümə günü keçirilən brifinqdə diqqət mərkəzi təsirə məruz qalmış ştatlarda enerjinin bərpası və zibilin yığılması olub.
"Yaxın günlərdə və həftələrdə prezident Bayden və mən zərər çəkmiş icmaların təkcə qasırğa ilə mübarizə aparmaq üçün deyil, həm də yenidən qurmaq üçün lazım olan resursları almasını təmin edəcəyik", deyə Kamala Harris bildirib.
Aydın
Şərhlər