Türkiyədə yaşayan azərbaycanlı model Nigar Talıbova hamilədir. Anspress-in məlumatına görə, keçmiş model hamiləlik fotolarını "Instagram"da paylaşıb.
Üçüncü övladına hamilə olan keçmiş model bir neçə gündən sonra ana olacağını və qızının doğulacağını bildirib.
Nigar Alptekin (Talıbova) hamiləlik fotosunu İnstagramda paylaşıb
Nigar Talıbovanın həyat yoldaşı Ekim Alptekin adlı türk iş adamı, milyonçudur. O, həmçinin Türk-Amerika İşadamları Dərnəyinin sədridir. Ekim və Nigar cütlüyünün biri qız, digəri oğlan olan əkiz övladı var.
Nigar 2013-cü ilin oktyabrında dünyaya gətirdiyi əkiz qızı və oğlu ilə
Ekim Alptekin əkizlərlə
Nigar Talıbzadə və Ekim Alptekin 2013-cü ilin noyabr ayında rəsmi nikaha girib. Ona qədər isə, artıq avqust ayında cütlüyün əkiz uşaq gözlədikləri barədə xəbərlər yayılmışdı. Nigar oktyabr ayında əkizlərini dünyaya gətirdikdən sonra uşaqlarının atası Ekim Alptekinlə sadə nikah mərasimi ilə evlənmişdilər.
Nigar Talıbova 2013-cü ilin oktyabr ayında əkizlərini dünyaya gətirdikdən sonra uşaqlarının atası Ekim Alptekin ilə noyabr ayında nikah kəsdirmişdi. Cütlük keçən ilin noyabr ayında jurnalistlərə açıqlamalarında ailə arasında sadə nikah mərasimi ilə evləndiklərini, dekabr ayında isə Hollandiyada toy edəcəklərini bildirmişdi.
Qaynar.info