Xəbər lenti

Mingəçevirdə dəm qazından zəhərlənən 15 nəfər evə buraxıldı
Ölkə09:41 04.04.2022

Mingəçevirdə dəm qazından zəhərlənən 15 nəfər evə buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlarda dəm qazından zəhərlənmə halları baş verib və təcili yardıma fasiləsiz olaraq çağırışlar daxil olub.
Bunu Trend-ə Mingəçevir şəhər təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin rəhbəri Allahverdi Alıyev deyib.
O qeyd edib ki, təcili yardım briqadaları fasiləsiz olaraq sürətlə hərəkət ediblər və vaxtında hadisə yerlərinə çataraq xəstələri təcili yardım şöbəsinə gətiriblər.
"Bütövlükdə xəstələrin sayı 15 nəfər olub, onlardan 8 nəfəri qadın, 2 nəfəri kişi, 5 nəfəri isə uşaq olub. Bir nəfər dializ xəstəsi idi. Onun vəziyyəti nisbətən ağır olduğuna görə bir neçə saat əlavə yardıma ehtiyacı oldu və o da sağalma ilə evə yazılıb.
Bütün xəstələr evə buraxılıb, heç bir ağırlaşma və ölüm halı baş verməyib. Onların əksəriyyəti hamamda yuyunarkən, bir neçəsi isə mətbəxdə yemək bişirərkən dəm qazından zəhərləniblər”, - deyə o əlavə edib.