Xəbər lenti

Mingəçevirdə gəlini aparan maşın qəzaya düşdü: qaynanası yaralandı (FOTO/YENİLƏNİB)
Ölkə10:08 09.09.2018

Mingəçevirdə gəlini aparan maşın qəzaya düşdü: qaynanası yaralandı (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevir şəhərində qəzaya düşmüş şəxslərin adları məlum olub.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunlardan biri "Mercedes"in sürücüsü və eyni zamanda bəyin xalası oğlu olan 1992-ci il təvəllüdlü Tahir İsmayılov, digəri isə gəlinin 1970-ci il təvəllüdlü qayınanası Hicran Məmmədovadır.
Hadisə gəlin toy məclisi üçün bəzədilməkdən gətirilirmiş.
***13.14
Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində "Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.
Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.
Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.
Faktla bağlı araşdırma aparılır.