Xəbər lenti

MiQ-29 təyyarəsinin pilotunun axtarışları davam etdirilir
Ölkə15:03 26.07.2019

MiQ-29 təyyarəsinin pilotunun axtarışları davam etdirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsinin pilotunun axtarışları davam etdirilir. 
APA-nın xəbərinə görə, MiQ-29 təyyarəsinin pilotunun axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir. 
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.