Xəbər lenti

İdman 16:30 05.07.2022

Mircavadov: “Qarabağ”ın üstün cəhətləri daha çoxdur”

Bu gün "Qarabağ” Çempionlar Liqasında mübarizəyə start verəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Polşa "Lex”inin qonağı olacaq. Azərbaycanın tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadov bu oyunla bağlı düşüncələrini bölüşüb.


O, Qaynarinfo-ya açıqlamasında şansları belə dəyərləndirib:


"Müsbət düşünürəm. "Qarabağ”ın hazırlığı hiss olunur ki, yaxşı keçib. Yoldaşlıq görüşləri olub. Heyifsilənirəm ki, Andrade yoxdur. Əsl ortta xətt oyunçusu idi. Son ayları çox yüksək səviyyədə keçirmişdi. Bu futboldur, heç kimi daimi olmur. Amma onun yoxluğu təsirini göstərəcək. Şanslara gəlincə, Polşa komandasıdır. Ölkənin yığması yaxşı oynayır. Ola bilər ki, millinin üzvlərinin 80 faizi xaricdə çıxış edir. Yenə də polaşəsillidirlər, orada doğulublar. Son illərdə Polşa komandaları qruplarda görünmür. Ola bilər Konfrans Liqasında çıxış etsinlər. Hiss olunur ki, son illərdə uğurları yoxdur. "Qarabağ”ın üstün cəhətləri daha çoxdur. Oyun üslubu baxımından biz daha üstünük. Oyun prosesində hər şey daha yaxşı bilinəcək. Saytlara baxıram, stadion 43 min azarkeş tutumuna malikdir. Artıq 22 min bilet satılıb. Bu gün də yəqin ki, 8-10 min bilet satılsın. Ajiotaj böyükdür. Hiss olunur ki, onlar "Qarabağ”la oyuna mükəmməl hazırlaşıblar”.


Səbuhi Həsənov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->