Xəbər lenti

Mişel Platini türk düşməni elan edildi
İdman11:55 29.08.2013

Mişel Platini türk düşməni elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“UEFA tərəfindən İstanbulun “Fənərbaxça” futbol klubunun sərt şəkildə cəzalandırılması, açıq-aşkar siyasi xarakter daşıyır. 

Avropada idmanın şahı sayılan futbolun inkişafına xidmət etməli olan ali futbol qurumunun belə bir mövqe sərgiləməsi onu göstərir ki, UEFA artıq açıq aşkar futbolun inkişafından fərqli olaraq, türk klublarına qarşı “Səlib yürüşü” ilə məşğuldur.” 

Qaynar.info xəbər verir ki, bu barədə açıqlama ilə “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” ictimai Birliyi açıqlama yayıb. Qurumun rəhbəri Mətləb Salahov bildirib ki, UEFA prezidenti Mişel Platini tərəfindən türk klublarına qarşı həyata keçirilən bu cəza mexanizmi, hansısa hüquqi əsaslara deyil, sırf siyasi məqsədlərə xidmət edir: “Onun son bir neçə il ərzində türk klublarına qarşı sərgilədiyi mövqe, açıq aydın onu göstərir ki, M.Platini də türklərə qarşı “səlib yürüşü”ndə yer alan şəxslərdən biridir. Bu adam var gücü ilə çalışır ki, Türkiyənin Avropada uğurlu təbliğatının qarşısını nəyin bahasına olursa olsun sədd çəksin.”

Qaynar.info