Xəbər lenti

Misir Mərdanov istirahətə getdi
Ölkə08:06 24.04.2013

Misir Mərdanov istirahətə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda bağda istirahət edirəm"

Keçmiş təhsil naziri Misir Mərdanova istefaya göndərildikdən sonra yeni vəzifə veriləcəyi barədə məlumatlar yayılır. Keçmiş nazirin AMEA-nın prezidenti və ya Riyaziyyat İnstitutunun direktoru vəzifəsinə seçiləcəyi barədə məlumatlar təkzib olunduğu halda, AMEA-nın Rəyasət Heyətinə yeni seçkilərin keçirildiyi bu dəqiqələrdə Misir Mərdanovun da adının namizədlər arasında olduğu bildirilir.

M. Mərdanov bununla bağlı AzNews.az-a açıqlamasında Rəyasət Heyətinə namizədlər sırasında olmadığını bildirib. Yeni vəzifəsini də açıqlamağın hələ zamanı çatmadığını deyən keçmiş nazir mətbuatın son günlər onun barəsində bəzi dəqiqləşdirilməyən informasiyalar yazdığını da vurğulayıb.

M. Mərdanov ölkəni tərk edəcəyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib: “Azərbaycandan heç yerə getməmişəm və belə bir fikrim yoxdur. Hazırda bağda istirahət edirəm. Bir neçə gündən sonra mətbuata yeni vəzifəmlə bağlı məlumat verəcəyəm”.

Qaynar.info