Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.
Modern.az-a daxil olan məlumata görə, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.
Sayt xəbəri dəqiqləşdirmək üçün Misir Mərdanovun özü ilə əlaqə saxlayıb. Sabiq nazir açıqlamasında hazırda xəstəxanada olduğunu təsdiqləyib:
"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam".
M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub. 1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb. O, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.
Şərhlər