Xəbər lenti

Misir piramidaları belə tikilib: daha bir sirrin üstü açıldı (FOTOLAR)
Dünya07:23 24.09.2017

Misir piramidaları belə tikilib: daha bir sirrin üstü açıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Arxeoloqlar insanlığın ən böyük möcüzələrindən biri olan Misir piramidalarının daha bir sirrinin üstünü açıblar.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, dünyanın 7 möcüzəsindən biri olan Xeops piramidasının necə tikildiyini göstərən qədim papirus tapılıb.

Papirusda 2 və 2,5 ton ağırlığında olan nəhəng qranit parçalarının 500 kilometr uzaqlıqdan necə gətirildiyi qeyd olunub.

Alimlərin fikrincə, minlərlə insanın iştirakı ilə Nil çayından piramidaya qədər kanal çəkilib və lazımi avadanlıqlar bu kanal vasitəsilə, xüsusi gəmilərlə nəql olunub. Piramidanın bazasında həmçinin sözügedən süni kanalların qalıqları da tapılıb.

Çingiz Səfəli

Qaynarinfo.Az