
İnqilab nəticəsində dövlət çevrilişi yaşayan Misir hökuməti ölkənin borcdan qurtulması üçün maraqlı addım atmağı planlaşdırılır.
ANS PRESS-in verdiyi məlumata görə, ölkənin rifahı naminə başda Misirin simvolu sayılan piramidalar olmaqla bir çox tarixi abidələr icarəyə veriləcək. Maliyyə Nazirliyinin bu təklifinə artıq reaksiya verən də var. Belə ki, Qətərin 5 illik icarə müqabilində bu tarixi abidəyə 200 milyard dollar verməyə hazır olduğu iddia edilir.
Bu fəaliyyətin turizm şirkətlərin arasında keçiriləcək hərracla müəyyən ediləcək. Əgər Misir bu məbləği əldə eləsə, borclarını ödəyərək, firəvan yaşaya biləcək.
Bu hazırlığı təsdiqləyən Misirin Yüksək Tarix Qurumu Adel Abdel Sattar Qətər və ya digər körfəz ölkələrinin bu planla yaxından maraqlanmasını təkzib edib. “Yanvarda Maliyyə Nazirliyi tərəfindən mənə göndərilən planı görəndə böyük bir sürpriz yaşadım. Təklifdə piramidalar, sfinks, Abu Simbel və Luxor məbədinin beynəlxalq turizm şirkətlərinə kirayə verilməsi qeyd edilib".
Qeyd edək ki, piramidalar dünyanın 7 möcüzəsindən biridir. Hüsnü Mübarəyin devrilməsi ilə nəticələnən inqilab turizm gəlirlərinin 30 faiz azalmasına səbəb olub. 2010-cu ildə 14,7 milyon turist çəkən Misirdə bu rəqəm 2011-ci ildə 9,8 milyon olub. Turizm gəlirləri isə 2010-cu ildə 12,5 milyard dollardan, 8.8 milyard dollara düşüb.
Qaynar.info