Xəbər lenti

Misir türk seriallarını qadağan etdi
Dünya07:54 20.08.2013

Misir türk seriallarını qadağan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirdəki bəzi telekanallar Türkiyənin bu ölkədəki hadisələrə verdiyi fərqli münasibətə görə, türk seriallarını boykot ediblər. 

Qaynar.info xəbər verir ki, ölkənin "El Hayat", "El Nahar", "El Kahire Val Nas" kanalları, Misir Kino İttifaqı və bir sıra tanınmış yazar, şair, jurnalist və alim Yaradıcılıq Cəbhəsinin boykot çağırışlarına qatılıb. 

"El Hayat" şənbə günündən etibarən efirində türk seriallarını yayaımlamayacağını bildirib. 

"El Kahire Val Nas" kanalının sahibi Tarık Nur ərəb telekanallarında yüksək reytinq qazanan türk seriallarını yayınlamadıqlarına görə, qarşılaşacaqları maliyyə itkilərinə rəğmən Türkiyəyə etiraz mesajı göndərmək üçün bu qərarlarından dönməyəcəklərini bildirib. 

Bu seriallar sayəsində Türkiyənin Misir və region ölkələrindən gətirdiyi turist sayının artdığını deyən Nur boykotun  Türkiyəyə böyük ziyan vuracağını da söyləyib. 

Qaynar.info