Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın ümumi kütləvi görüş keçirməsi haqda danışıb.
O bildirib ki, mitinqlər rayon təşkilatları tərəfindən ayrı-ayrı keçiriləcək: "YAP-ın o qədər geniş sosial bazası, elektoratı var ki, biz ümumi mitinq keçirmək üçün yer tapa bilmirik. Bizim ən kiçik rayon təşkilatımız Milli Şuranın keçirdiyi mitinqdən böyük görüş keçirir. Məsələn, Ağsatfa, Qazax, İmişli və başqa rayonlarda15-20 minlik mitinqlərimiz keçirilib. Bakıda isə fikirləşirik ki, bu görüşləri ayrı-ayrırayonlar keçirsin. Çünki bütövlükdə mitinq keçirmək üçün meydan tapa bilmirik”.