Dünya 16:26 24.09.2022

Mixail Podolyak İran haqda yazdı: “İyrənc reputasiyaya baxmayaraq...”

İran rusiyalılara pilotsuz uçuş aparatları verərək ukraynalılara qarşı müharibəyə dəstək olmaq qərarına gəlib. Sanksiyalar, təcrid və iyrənc reputasiyaya baxmayaraq, Tehran sivilizasiyanın dibindən necə yüksələcəyini anlamadan bu addımı atdı.

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak öz "Twitter” hesabında yazıb. 

"İran müasir dronları Rusiyaya - texnologiya baxımından son dərəcə geridə qalmış ölkəyə təhvil verməklə ukraynalıların öldürülməsinə dəstək olmaq qərarına gəldi. Uzunmüddətli sanksiyalar, təcrid, iyrənc reputasiya və strateji "sıfırlaşma” İrana sivilizasiyanın dibindən necə yüksələcəyini anlamağa imkan vermədi”, - Podolyak yazıb.

Xatırladaq ki, dünən Rusiya qoşunları Rusiya Federasiyasının İrandan aldığı dron-kamikadzelərlə Odessa şəhərinə hücum edib. Nəticədə iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

İranın Ukrayna ərazisində müharibə aparmaq üçün Rusiyaya silah tədarük etməsinə cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfirinin akkreditasiyasını ləğv etmək, həmçinin İranın Kiyevdəki səfirliyində diplomatik işçilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq barədə qərar qəbul edib

Nizami Bağırov