Xəbər lenti

Mobil nömrələr nə vaxt daşınacaq? - RƏSMİ AÇIQLAMA
Ekonomiks09:28 11.06.2013

Mobil nömrələr nə vaxt daşınacaq? - RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda mobil rabitə operatorlarının abunəçilərinin telefon nömrələrinin digər operatora daşınması prosesinə yaxın zamanlarda rəsmən start veriləcək.

Bunu rabitə və informasiya texnologiyaları naziri Elmir Vəlizadə bildirib. Nazir müavini qeyd edib ki, daşınan nömrələr layihəsi (MNP - Mobile Number Portability) üzrə hazırda gərgin iş aparılır və mobil rabitə operatorları layihə üzrə son tamamlama işləri həyata keçirir. «Yaxın bir müddət ərzində daşınan nömrələr layihəsinə start veriləcək və istənilən mobil rabitə abunəçisi nömrəsini dəyişmədən operatoru dəyişə biləcək», - deyə E.Vəlizadə vurğulayıb.

APA