6 ay ərzində informasiya və rabitə xidmətlərindən 940 milyon manat gəlir əldə edilib.
Qaynar.info xəbər verir ki, yanvar-iyul aylarında informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artıb.
Dövr ərzində xidmətlərdən əldə olunmuş gəlirin 53,9 faizi, yəni 505,2 milyon manatı mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. Beləliklə, mobil operatorların bu ilin sonuna qədər qazancının bir milyarddan artıq olacağı gözlənilir.
Qaynar.info