Xəbər lenti

Model Ronaldunun "təkləyənlər"in cavabını verdi
Dünya16:09 12.02.2016

Model Ronaldunun "təkləyənlər"in cavabını verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur futbolçu Kriştianu Ronaldu İsraildə mobil operator reklamına çəkilib. 

Əvvəllər fələstinlilərə etdiyi yardımlarla gündəmə gələn futbolçunun İsrail reklamında çəkilməsi sosial mediada birmənalı qarşılanmayıb. Onun fələstinli azarkeşləri bundan məyus olduqlarını bildiriblər. Futbolçu bu barədə Tvitterdə açıqlama verərək "İsraildə aktyorluq edəcəyimə dair iddialar səslənir. Xeyr, mən futbolçuyam. Bu, sadəcə, bir reklamdır" yazıb.

Qaynar.info Milli.Az-a istinadən bildirir ki, məşhur israilli model olan Bar Rafaelli bu mövzuda Ronaldunu dəstəkləyərək onun doğru yolda olduğunu bildirib. O açıqlamasında "Ronaldu peşəkar davranıb. Onun dünyanın hər yerində heyranları var. Tənqidlərin mənasız olduğunu düşünürəm. Hər kəs doğru yolu tapacaq" deyib.

Ronaldu isə açıqlama barəsində heç bir fikir yürütməyib.

Qaynar.info