Rəssam Amedeo Modilyaninin rəsmlərindən birinin altında əvvəllər məlum olmayan 3 eskizi aşkar edilib.
Qaynarino "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə İsrail muzeyinin kuratorları
bildirib.
Modilyaninin "Şlyapalı çılpaq” kətan rəsminin Hayfa Universitetinin Hecht Muzeyində rentgen şüasından keçirilməsi vaxtı portretin altında rəssamın yarımçıq qalan 3 əl işi aşkarlanıb.
"Bu, olduqca heyrətamiz bir kəşfdir. Rentgen şüaları vasitəsilə biz həqiqətən də bu cansız obyekti danışdıra bilirik",- Hecht Muzeyinin sənət tarixçisi İnna Berkovits deyib.
Modilyani 20-ci əsrin böyük modernist rəssamlarından biri hesab olunur. O, çılpaq rəsmlərinin mübahisələr doğurduğu Fransada qısa, təlatümlü, Bohem həyatı yaşayıb və 35 yaşında vəfat edib.
"Şlyapalı çılpaq” rəsmi 1908-ci ildə çəkilib.
Nurlan Hüseynov