Xəbər lenti

Molla rejimi edamları davam etdirir - 26 nəfərin həyatı təhlükədədir
Dünya09:12 17.12.2022

Molla rejimi edamları davam etdirir - 26 nəfərin həyatı təhlükədədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda 26 nəfəri edam hökmü gözləyir. 
Qaynarinfo xəbər verir ki, gənc fəallar Mohsen Şekari və Məcid Reza Rəhnəvardın edam olunması ölkədə gərginliyi artırsa da, teokratik rejim edam aktlarını dayandırmaq niyyətində görünmür.
"Amnesty İnternational" təşkilatının yaydığı məlumata görə, Mohsen Şekari və Məcid Rezadan başqa həbsdə olan 26 nəfərə də edam təhlükəsi yaranıb. Məlumatda deyilir ki, onlardan artıq 11 nəfəri barədə edam hökmü çıxarılıb. 15 nəfər isə oxşar ittihamlarla mühakimə olunur və onların da barəsində edam hökm çıxarılacağı istisna olunmur. 
Edam hökmlərinə münasibət o həddə çatıb ki, hətta hakimiyyətin dəstəkçiləri də baş verənləri qəbuledilməz sayır. Məsələn, teokratik rejimin əsas dəstəkçilərindən hesab olunan Mustafa Mohəqəy Dəməd baş verənləri sərt tənqid edib. O edam hökmlərini İran hakimiyyətinin "qeyri-ənənəvi davranışı”nın təzahürü kimi qiymətləndirib. 
Eyni zamanda məlum olur ki, edam olunan, yaxud aksiya zamanı öldürülən fəalların dəfn mərasimi növbəti etirazlar üçün platformaya çevrilir. 
Xüsusilə, gənc fəalların ölümü etirazları daha çox tətikləyir. İranlı fəallar hesab edir ki, hakimiyyət nə qədər sərt tədbirlər görsə də, artıq rejim çat verib. Xalq faktiki olaraq mövcud hakimiyyətə itaətsizlik göstərir vəbu proses davam edəcək. 
Seyid