Xəbər lenti

Moskva-Bakı qatarında qəza
Ölkə19:01 25.11.2014

Moskva-Bakı qatarında qəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva-Bakı sərnişin qatarı qəzaya düşüb. ANS PRESS-in məlumatına görə, dünən axşam Rusiyanın Rostov vilayətində sürət qatarı avtomobili vurub. 

Dəmir yol keçidində "Qazel" markalı avtomobil xarab olduğundan Moskva-Bakı qatarı qəzadan yayına bilməyib. Toqquşma zamanı zərər çəkən olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisədən sonra "Moskva - Bakı" qatarı yoluna davam edib.

Xatırladaq ki, dünən həmçinin Volqoqrad ərazisində "Moskva-Bakı" qatarının dəmiryol yaxınlığında sərxoş təqaüdçünü vurduğu haqda məlumat yayılmışdı. Xoşbəxtlikdən təqaüdçü sağ qalıb.

Qaynar.info