Xəbər lenti

Moskva ətrafında miqrantların kütləvi davası düşdü, atışma oldu (VİDEO)
Dünya08:01 21.06.2022

Moskva ətrafında miqrantların kütləvi davası düşdü, atışma oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 21-nə keçən gecə Moskva vilayətinin Putilkovo şəhərində atışma ilə müşayiət olunan kütləvi dava olub.
Qaynarinfo REN TV-yə istinadla xəbər verir ki, dava yaşayış binalarından birinin həyətində baş verib. Miqrant işçilər arasında münaqişə yaranıb və qısa zamanda atışmalı davaya çevrilib. Hadisə şahidlərinin sözlərinə görə, münaqişə iştirakçıları bir-birinə dəyənək və butulka atıblar.
Şahidin sözlərinə görə, kütləvi davada təxminən 15 nəfər iştirak edib: "Girişdən çıxdım və bu mənzərəni gördüm. Vəhşi kimi qışqırışır, sadəcə bir-birinə nəsə atırdılar".
Eyni zamanda davanın baş verdiyi evin yaxınlığında dayanan kişilər atışma ilə bağlı məlumatı təkzib ediblər. Onlar səslərin avtomobilin təkərinin partlamasından yarandığını iddia edirlər.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib ki, polis əməkdaşları Prostornaya küçəsindəki evin yaxınlığında baş verən insidentin səbəblərini araşdırır. "Hadisə yerinə gələn polis əməkdaşları ictimai asayişi pozan vətəndaş aşkar etməyiblər. Tibb müəssisələrindən heç bir ifadə və ya telefon mesajı olmayıb”, - deyə polisdən bildirilib.
 
Alpər