Xəbər lenti

Moskva-Gəncə təyyarəsində sərxoş sərnişin - OLAY
Ölkə08:47 02.10.2013

Moskva-Gəncə təyyarəsində sərxoş sərnişin - OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva-Gəncə aviareysi üzrə uçuş həyata keçirən təyyarə Həştərxanda məcburi eniş edib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, təyyarədə 162 sərnişin olub.
 
Bildirilir ki, uçuş vaxtı Azərbaycan vətəndaşı Rasim Əmiraslanov sərxoş vəziyyətdə təyyarənin baş bələdçisini və sərnişinləri təhqir etməyə başlayıb: “Təyyarə komandiri onu qanunazidd əməllərdən əl çəkməyə çağırsa da, R.Əmiraslanov buna reaksiya verməyib və pilot kabinəsinə soxulmağa cəhd edib. Nəticədə hava gəmisinin komandiri ən yaxın hava limanına eniş etmək barədə göstəriş verib”.

Qaynar.info