Rusiya Çeçenistanda yeni cəbhə aça bilər. Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında İsrail politoloqu Avraam Şmuleviç söyləyib.
Onun sözlərinə görə, hazırda çeçenlər yeni rus-çeçen müharibəsinin başlanmasından qorxurlar: “Ukrayna və Suriyada Moskva heç də bütün planlarını reallaşdıra bilməyib. Buna görə də onlar Ukrayna və Suriyadan diqqəti yayındırmaqdan ötrü Qafqazda yeni cəbhə aça bilərlər. İlkin olaraq xalqların toqquşması gözlənilir. Onlar inquşlarla osetinləri, eləcə də osetinlərlə gürcüləri vuruşdurmağa çalışırlar. Eyni zamanda, Qafqazda yetəri qədər insan müharibənin nə olduğunu bilir və ona görə bundan uzaqlaşmağa çalışır. Qafqazların sağlam düşüncəsi və sağqalma instinkti onları qalib edəcək. Onlar qədim xalqlardır və uzun illər bir-biriylə dostluq şəraitində yaşayıblar. Qorxuram ki, Moskva buradan çıxacağı halda xalqlar arasındakı bütün körpüləri yandırsın. Onlar bu metoddan Abxaziya, Osetiya və Qarabağda istifadə etdilər”.
Qaynarinfo.az