Xəbər lenti

Moskvada azərbaycanlılardan ibarət kirminal dəstə saxlanıldı
Ölkə08:04 23.06.2014

Moskvada azərbaycanlılardan ibarət kirminal dəstə saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva polisi fırıldaqçılıqda ittiham olunan azərbaycanlılardan ibarət cinayətkar qruplaşmanı ələ keçirib. 

Anspress-in məlumatına görə, söhbət iri miqyaslı fırıldaqçılıqdan gedir. 

Belə ki, qruplaşmanın üzvlərindən biri evində mətbəə açıb. Aparılan axtarışlar zamanı yüzlərlə saxta sürücülük vəziqəsi və müxtəlif ərizə formalı sənədlər tapılıb.

Poloslər dələduzların fəaliyyət göstərdiyi 3 ofisdən mindən çox möhür və saxta sənədlər aşkarlayıblar. Onların dələduzluq məharəti və əhatə dairəsi hüquq-mühafizə orqanlarını belə təəccübləndirib. Cinayətkar qrup öz müştərilərini internetdə də axtarıb, hətta internetdə də reklam yerləşdiriblər.

Saxlanılan 7 nəfərin hamısı azərbaycanlılar olub. Onların bəziləri Rusiya vətəndaşıdırlar. 

Saxlanılanlardan biri polisin suallarını cavablandırmaq əvəzinə göz yaşları töküb.

Qaynar.info