Moskvanın "Sadovod" bazarı adi rejimdə fəaliyyətini davam etdirir.
Qaynar.info xəbər verir ki, bu barədə "Sadovod" ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Nadejda Spiridovna "İnterfaks"a açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda "Sadovod" bazarı adi rejimdə işləyir və çərşənbə günü də fəaliyyətini davam etdirəcək.
"İnterfaks" bildirib ki, bazarın əsl sahibləri "Evropeyskiy" Ticarət Mərkəzi və "Ukraina" mehmanxanasının rəhbərləri olan Qod Nisanov və Zarax İliyev hesab olunurlar.
Qeyd edək ki, ötən il istehlakçı hüquqlarını pozduğuna, həmçinin sanitar-epidemioloji tələblərə cavab vermədiyinə görə, "Sadovod" bazarının bağlanılacağı bildirilirdi.