Xəbər lenti

Moskvada azərbaycanlıların ən böyük bazarına basqın edildi
Dünya07:58 03.04.2013

Moskvada azərbaycanlıların ən böyük bazarına basqın edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında 200-dən çox  OMON-çu Moskvanın “Pokrov” bazarına hücum edib. OMON-çular  bazara 10 avtobusla gəliblər. Moskvada yaşayan həmyerlimiz Teymur Hüseynovun Lent.az-a bildirdiyinə görə, polislər bazarda çalışan azərbaycanlıları  döyərək oradan qovublar.

“Hazırda bazar bağlıdır və heç kəs buraxılmır. OMON-çular hadisə yerinə gedən “Millətin səsi”qəzetinin iki əməkdaşını saxlayıb. Onları naməlum istiqamətə aparıblar”.

Teymur Hüseynovun dediyinə görə, hazırda bazarın rəhbərliyi yerli adminstrasiya ilə danışıqlar aparır. Hücumun səbəbi bilinmir.

Qeyd edək ki, sözügedən bazarda 5000-dən çox soydaşımız işləyir.

Qaynar.info