Xəbər lenti

Moskvada əməliyyat: 5 avtoritet saxlanıldı - VİDEO
Dünya08:40 23.01.2015

Moskvada əməliyyat: 5 avtoritet saxlanıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva polisi “qanuni oğru”ların “sxodka”sına hücum edib. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin DİN-in Moskva əyaləti üzrə Baş İdarəsi ilə birgə keçirdiyi əməliyyat zaman aralarında 5 kriminal avtoritet olmaqla 15 nəfər saxlanılıb. 

Paytaxtın mərkəzində ofislərdən birində toplaşan avtoritetlər arasında Sirkaç, Zabava, Tyurik, Voskres və Teko ləqəbi ilə tanınan məşhurlar var. Hazırda polis bölməsində olan avtoritetlərin hansısa cinayət əməlində əllərinin olub-olmaması araşdırılır.

Qaynar.info