Xəbər lenti

Moskvada FTX generalının meyiti tapıldı
Siyasət18:43 26.03.2019

Moskvada FTX generalının meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) 59 yaşlı general-mayoru Moskvadakı evində ölü tapılıb.
ONA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Sergey Sokolovun evində FTX-nin pensiya kartı tapılıb. O, FTX-də idarələrdən birinin rəhbəri olub. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
General-mayorun evində "Glock” və "Brauninq” markalı tapançalar, travmatik tapança, ov tüfəngi və 150 patron aşkarlanıb.