Xəbər lenti

Moskvada hansı sənəd imzalanacaq? - Ekspert
Siyasət12:25 24.05.2023

Moskvada hansı sənəd imzalanacaq? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Moskva görüşündə mövqelərin yaxınlaşması istiqamətində müəyyən addımlar atıla bilər. Hər hansı bir ciddi bir sənəd isə imzalanmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın sabah Moskvada olacaq görüşünü şərh edərkən deyib:
"Azərbaycan Prezidentilə Ermənistan baş nazirinin Moskva görüşü ilə bağlı ilk növbədə Rusiya XİN-in rəhbəri Lavrov açıqlamasına və Paşinyanın KTMT ilə əlaqədar bəyanatına diqqət yetirmək lazımdır. Lavrov çıxışında bildirib ki, sülh müqaviləsinin imzalanmasına tələsmək lazım deyil, çünki o zaman hələ tam yetişməyib. Ona qədər bir sıra məsələlər həll olunmalıdır. Bu məsələlər Lavrova görə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmini, komminikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələləridir. Lavrovun bu açıqlaması göstərir ki, sabah Moskvada keçirilən görüşdə ciddi sənədin qəbulunu gözləmək və sülh müqaviləsinin imzalanmasına ümid bəsləmək yersizdir”. 
Ekspert qeyd edib ki, Moskva görüşündə sülh müqaviləsi ətrafında fikir mübadiləsi aparıla bilər, amma bu məsələdə hər hansı bir real nəticə olmayacaq:
"Paşinyan bildirib ki, İrəvanın KTMT-dən çıxması gündəlikdədir. Bu məqam da Moskva görüşündə tərəflər arasında ciddi nəsə əldə ediləcəyinə imkan verməyəcək. Sadəcə, mövqelərin yaxınlaşması yolunda müəyyən addımların atıldığı barədə növbəti bəyanat veriləcək, ciddi bir qərar qəbil edilməyəcək”. 
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu günlərdə verdiyi açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 25-də Moskvada görüşəcəklərini bildirib. 
Rüfət Sultan