Xəbər lenti

Moskvada miqrant çadırları ləğv edilir
Dünya16:30 20.08.2013

Moskvada miqrant çadırları ləğv edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Polis miqrantların bir hissəsinin deportasiya edildiyini söyləyib.

Miqrantlar üçün Rusiya paytaxtının Qolyanovo rayonunda qurulmuş çadır şəhərcik ləğv edilib. Anspress Rusiya mətbuatına istinadən bildirir ki, polis orada saxlanılan miqrantların bir hissəsinin deportasiya edildiyini söyləyib. 

Miqrantların qalan hissəsi Severnıy qəsəbəsindəki miqrant saxlama düşərgəsinə aparılıb. Bunun üçün mərkəzin həyətində bir neçə hərbi çadır qurulacaq. “Mərkəzin özündə 400 yer var və yerlər boşaldıqca miqrantlar çadırdan binaya keçiriləcək”,- deyə mərkəzdən bildiriblər. 

Qaynar.info