Moskvada gey klubunun qarşısında travestitlər və geylər arasında şiddətli döyüş baş verib. Epik döyüş videoya çəkilib.
Qaynarinfo bu haqda Rosbalt-a istinadla xəbər verir.
Görüntülərdə gənc oğlanların travestilərlə necə döyüşdüyü əks olunub. Döyüşdə çox təhlükəli anlar yaşandığından "bənövşəyi paltarlı xanım” az qala yoldan keçən taksi maşınının altına düşəcəkmiş. Başqa bir "xanım” isə zopayla silahlanıb düşməninin başına zərbə endirib.
REN TV xəbər verir ki, döyüşün yeri və tarixi barədə hələlik dəqiq məlumat yoxdur.
Alpər