Xəbər lenti

Moskvanın nəticəsiz görüşlər siyasəti – Politoloq
Dünya13:00 03.06.2022

Moskvanın nəticəsiz görüşlər siyasəti – Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Moskvada Azərbayanla Ermənistan arasında sərhədlərin   delimitasiya və demarkasiyası ilə bağlı Üçtərəfli İşçi Qrupunun görüşü keçiriləcək. Son zamanlar belə görüşlərin intensivləşdiyi müşahidə edilsə də, hələlik ortada ciddi bir nəticə yoxdur. Bu fonda Moskva görüşündən nə gözləmək olar? Ümumiyyətlə, belə nəticəsiz  görüşlər nə vaxtadək davam edəcək? 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev bildirib  ki, Üçtərəfli İşçi Qrupunun bu görüşü daha çox simvolik xarakteri daşıyacaq:"İndiyə kimi, tərəflər arasında Brüsseldə bəzi nəticələr əldə olunub. Sərhədin delimitasiyası, kommisiyaların yaradılması, Zəngəzur dəhlizinin açılması yolunda razılıq əldə olunub. Amma daha sonra bu razılıqların Moskvada qıcıq yaratdığını gördük. Hətta Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bununla bağlı Avropa İttifaqını səmimi olmamaqda, bölgədə pozuculuq işlərilə məşğul olmaqda ittiham edib.Sülh prosesinə qarşı Ermənistanda da müəyyən maneələrin olduğunu görürük. Ermənistan rəhbərliyi yenə də Qarabağın status məsələsini gündəmə gətirib”.
Ekspert düşünür ki, Ermənistan rəhbərliyi Moskvada bu istiqamətdə razılığın əldə olunmasını istəmir, İrəvan və Bakı Brüsselin vasitəçiliyindən razıdırlar”. 
T.Rzayev qeyd edir ki, Ermənistan verdiyi vədlərin yerinə yetirilməsini müəyyən müddətə yubada bilər:"Qondarma rejimin qalıqları özlərinin dövlət kimi tanınmasını istəyib. Ermənistan isə hələlik müsbət cavab verməyib. Böyük ehtimalla cavab da verməyəcək. Lakin belə təxribatlarla prosesi müəyyən qədər uzadırlar”. 
Politoloqun fikrincə, prosesdə irəliləyiş olarsa, bu daha çox Brüsselin vasitəçiliyilə baş verəcək:"Əslində Avropa İttifaqı və Rusiya çəkici eyni nöqtəyə vurmalıdır. Bir-birinin vasitəçilik missiyasına zərbə vurmaq prosesin irəliləməsinə əngəl olacaq”.
Rüfət Sultan