
Moskva şəhər seçki komissiyası şəhər meriyasına keçirilən seçkilərdə verilən səslərin hamısını sayıb.
Qaynar.info-nun RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ilkin hesablamalara görə, indiki mer Serqey Sobyanin səslərin 51.37 faizini yığıb.
Müxalif siyasətçi Aleksey Navalnı 27.24 faiz səslə ikinci yerdə isə qərarlaşıb.
Şəhər seçki komissiyasının verdiyi məlumata görə, şəhər seçicilərinin 32 faizi seçkilərdə iştirak edib.
Qaynar.info