Dünya 10:58 02.05.2021

Mossad rəhbəri ilə Bayden arasında gizli görüş (DETALLAR)

ABŞ Prezidenti Co Bayden Vaşinqtonda olan İsrail xarici kəşfiyyat xidmətinin (Mossad) rəhbəri Yosi Kohen ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, daha əvvəl Kohenin ABŞ Dövlət katibi Entoni Blinken ilə görüş keçirdiyi bildirilir. Xüsusi xidmətin rəhbəri İranın nüvə fəaliyyətindən dərin narahatlıq keçirdiyini söyləyib.

ABŞ liderinin Koenlə görüşünün cümə günü Baydenlə Netanyahu arasındakı telefon danışığından əvvəl və ya sonra baş verdiyi açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi brifinq zamanı Blinken və Kohen arasındakı məsləhətləşmələr faktını nə təsdiqləyib, nə də təkzib edib. Onun sözlərinə görə, ABŞ və İsrail sıx təmasdadırlar.