2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Qaynarinfo-nun məlumatına görə, klub müqavilə ilə Belçikanın "Vesterlo” klubuna məxsus olan Burundi yığmasının üzvü Tresor Mossini birillik icarəyə götürüb.
Burundi təmsilçisi "Aigle Noir” komandasının yetirməsi olan Tresor Mossi karyerası ərzində Lüksemburqun "Kerjenq” və Belçikanın "Vesterlo” klublarında çıxış edib. 22 yaşlı yarımmüdafiəçi Burundi yığmasına da dəvət alıb.
Səbuhi Həsənov