Xəbər lenti

"Moşu" xəstəxanadan evə buraxıldı
Sənət07:47 02.02.2022

"Moşu" xəstəxanadan evə buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirusa yoluxan xalq artisti, Azərbaycan tamaşaçısının "Moşu" kimi tanıyıb-sevdiyi Valeh Kərimov evə buraxılıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun özü məlumat verib. Xalq artisti sağlamlığına qovuşmasında zəhməti olan həkimlərə təşəkkür edib:
"Yaxşıyam və hazırda evimdəyəm. Xəstəxanadan çıxan kimi birbaşa Bakıya gəldim. Bir müddət özümü qorumalıyam”.
Qeyd edək ki, bir müddət öncə xalq artisti Valeh Kərimov koronavirusa yoluxub. Aktyor Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmişdi.
Bahar Rüstəmli