Xəbər lenti

MTN generalı azadlığa çıxdı
Ölkə08:10 28.05.2022

MTN generalı azadlığa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Ədliyyə Nazirliyi Penitensiar xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
Qaynarinfo xəbər verir ki, sərəncam bu cəzaçəkmə müəssisində 7 nəfərə şamil edilib.
Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və "MTN"in digər vəzifəli şəxsləri var.
Qeyd edək ki, ləğv edilmiş MTN-in sabiq baş idarə rəisi Teymur Quliyev 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadllqdan məhrum edilib.