Xəbər lenti

MTRŞ-da yeni vəzifə yaradılacaq
Ölkə12:06 30.04.2019

MTRŞ-da yeni vəzifə yaradılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni vəzifə yaradılacaq.
Qaynarinfo xəbər verir ki, bunu "Report”un sorğusuna cavab olaraq Şuranın Aparat rəhbəri Asəf Hacıyev deyib. O bildirib ki, bu, MTRŞ sədrinin köməkçisi vəzifəsidir.
A.Hacıyev qeyd edib ki, həmin vəzifəni tutmaq üçün elan olunan daxili müsahibəyə sənəd qəbulu artıq başa çatıb: "Namizədlərlə bağlı məlumat Dövlət İmtahan Mərkəzinə təqdim olunub”.
Aparat rəhbəri qeyd edib ki, may ayının sonuna kimi MTRŞ sədrinə köməkçi təyin olunacaq.