Xəbər lenti

MTRŞ-nın sədr müavini və daha bir üzvünün səlahiyyət müddəti başa çatdı
Ölkə08:14 13.03.2019

MTRŞ-nın sədr müavini və daha bir üzvünün səlahiyyət müddəti başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini və daha bir üzvünün səlahiyyət müddəti başa çatıb.
Bu barədə "Report”a açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev məlumat verib.
O bildirib ki, Qafar Cəbiyev və Əlvan Ağayevin səlahiyyət müddəti martın 1-də bitib.
MTRŞ-nın yaxın günlərdə keçiriləcək iclasında yeni sədr müavini seçiləcək
Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. sərəncamla Balakişiyev Bəxtiyar Qaraca oğlu və Əliyeva Telli Pənah qızı Şuranın üzvləri təyin olunub.