Xalq artisti Arif Babayevin səhhətində xeyli irəliləyişlər var.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Cabir Abdullayev deyib. Xanəndə bildirib ki, Arif Babayev qısa vaxtda səhnəyə qayıda biləcək:
"Tez-tez Arif müəllimə baş çəkirik. Vəziyyəti yaxşıdır. Müalicə olunur”.
Cabir Abdullayev deyir ki, muğamı Arif Babayevsiz təsəvvür eləmək çətindir:
"Muğam deyiləndə göz önünə onun adı gəlir. Saysız-hesabsız tələbələri var. Səs, şəxsiyyət, hərtərəfli sadəlik… Hər şey onda cəmləşib, Allah ona dəyməsin”.
Qeyd edək ki, bir necə ildir ki, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.