Xəbər lenti

Müdafiə Nazirliyi: "Qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşəcək"
Ölkə17:00 14.11.2021

Müdafiə Nazirliyi: "Qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşəcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaq”.
Qaynarinfo xəbər verir ki, bu, Müdafiə Nazirliyinin Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilərin növbəti təxribat cəhdi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır: "Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyil. Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.