Müdafiə Hazirliyi Əməkdar artist, muğam ifaçısı Nuriyyə Hüseynovanı mükafatlandırıb.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
Sənətkar nazirlik tərəfindən "mənim sədaqətim mənim şərəfimdir” medalı ilə təltif edilib.
Nuriyyə Hüseynova vətəninə xidmət etməkdən qürur duyduğunu deyib:
"Şəhid ailələri ilə bağlı sonuncu görüşdə təltif olundum. Hər zaman milli-mənəvi dəyərlərə xidmətdən dolayı vətənpərvər mövzuda musiqilər və daim hərbi qospitallarda hərbiçilərlə birlikdə, sərhəd xidmətlərində, xüsusi təyinatlılarda, bütün sahələrində vətənimizə xidmət edən əsgərlərin, zabitlərin tədbirlərində fəal iştirak etdiyimə görə Müdafiə Nazirliyi tərəfindən təltif olundum”.
Bahar Rüstəmli