Xəbər lenti

Müdafiə Nazirliyindən qaçan generalla bağlı AÇIQLAMA
Ölkə08:24 03.05.2014

Müdafiə Nazirliyindən qaçan generalla bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlik generalın qaçması xəbərini təkzib edir.

Müdafiə Nazirliyinin mətbuat xidməti Aktual.az-ın sorğusuna cavab olaraq bildirir ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil: “Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvlərinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb. Adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb”.

Xatırladaq ki, hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bir neçə gün öncə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanlı generallardan biri Rusiyaya qaçıb. Bunun general Bağır Fətullayev olduğunu bəyan edib.

Qaynar.info