Xəbər lenti

Müdafiə Nazirliyinin əməkdaşı həbs olundu - 9 il
Ölkə12:38 08.10.2013

Müdafiə Nazirliyinin əməkdaşı həbs olundu - 9 il

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyinin Kinoloji Mərkəzinin əməkdaşı Ziyafət Həsənov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. 

Hökmə əsasən, Z. Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z. Həsənov Cinayət Məcəlləsinin 311 (rüşvət alma), 341 (hakimiyyətdən sui-istifadə etmə), 331( hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir.

Onu da qeyd edək ki, Z. Həsənov hökmdən apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılır.


Qaynar.info