XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır
Ölkə19:07 26.08.2026

Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır

28 avqust saat 15:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır.

Qaynarinfo xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq ən çoxu 4 vakant yer seçə bilərlər.

Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.