Xəbər lenti

Müğənni mərhum atasına mahnı yazdı
Maqazin13:50 03.06.2016

Müğənni mərhum atasına mahnı yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bəstəkar, müğənni Hacı Nazim Məmmədov dünyasını dəyişmiş atasına mahnı həsr edib. 

Qaynarinfo.az-a açıqlama verən ifaçı, bəstənin musiqisinin özünə, sözlərinin Altay Yaşara, aranjimanının isə Fərid İmana məxsus olduğunu bildirib: “Mahnını mərhum atama və onun simasında dünyasını dəyişmiş atalara həsr etmişəm. Altay Yaşara zəng etdim və ona atamın yatdığı xəstəxanada baş vermiş hadisəni danışdım. Atam yalnız mənə baxırdı və nəsə demək istəyirdi. Lakin ürəyindəkiləri deməyə tam zamanı olmadı. Altay da xahişimi nəzərə alıb, mahnı üçün sözlər yazdı. Həmin sözlərə musiqi bəstələdim və oxudum. Artıq necə alındığına dinləyicilər qərar verər”.

Qaynarinfo.az