Bu ilin sonuna qədər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə Azərbaycanın müxtəlif şəhər və rayonlarında 400-dən artıq mənzil veriləcək. «APA-Economics»in xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərov bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, cari ilin sonuna qədər 4-mərtəbəli 36 mənzilli və ilk dəfə olaraq, 6-mərtəbəli 54 mənzilli binalar tikilib istifadəyə veriləcək.
Qurumun gələnilki planlarından danışan aparat rəhbəri əlavə edib ki, 2014-cü ildə 12-mərtəbəli 96 və 81 mənzilli binaların inşasına başlanılacaq.