Xəbər lenti

Mühasirədəki general ruslarla danışıq aparır
Dünya13:04 04.03.2014

Mühasirədəki general ruslarla danışıq aparır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynalı general Aleksandr Kuzmuk Krımdakı rus qoşunlarının rəhbəri ilə danışıqlar aparır.

“Axar.az” xəbər verir ki, bu barədə informasiya Sevastopol sakinləri tərəfindən Feysbukda yerləşdirilib.

Hələlik danışıqlar barədə heç bir məlumat olmadığı bildirilib. Danışıqlarda əsas müzakirə mövzusunun günlərdir blokadada olan Perevalnı kəndindəki 36-cı alay olduğu deyilib.

Qeyd edək ki, bir müddət öncə rus hərbçilərinin mühasirədə saxladıqları alay ruslara təslim olmayacağını bildirmişdi. Alay komandiri isə əsgərlərə son ana qədər döyüşmək əmri vermişdi. 

Qaynar.info