Xəbər lenti

MUM-dan brilliant üzüklər oğurlayan qadın saxlanıldı
Ölkə11:28 06.09.2014

MUM-dan brilliant üzüklər oğurlayan qadın saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DİN Baş Mühafizə İdarəsi və Səbail rayon 9-cu polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qadın tutulub. 

Qaynar.info Səbail RPİ-yə istinadən xəbər verir ki, şəhər sakini Zəhra Əliyeva sebtyabrın 2-də Mərkəzi Univermaqda (MUM) Cəmilə Kərimovaya məxsus şöbədən iki brilliant üzük oğurlayıb. Hadisədən xəbər tutan zərərçəkən bölməyə müraciətindən sonra univermağa yerləşdirilən kamera vastəsiylə oğrunu müəyyən etmək mümkün olub.

Faktla bağlı cinayət işi açılıb.

Qaynar.info